Azərbaycan yığmasının oyunçusu İtaliya klubunda
28.01.2011 - 19:33
Azərbaycan yığmasının oyunçusu İtaliya klubunda
Azərbaycan milli komandasının voleybolçusu Natavan Qasımova karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, istedadlı xanım idmançı bu ölkənin “Skavolini” klubuna keçib. Zədəsini sağaltdıqdan sonra “Şirvan”da çıxış edən Natavan dajha iddialı klubda oynamaq arzusunu İtaliyada gerçəkləşdirəcək. Qasımova mövsümün sonunadək “Skavolini”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Natavanın yeni komandası Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Rabitə” ilə eyni qrupda mübarizə aparıb və hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb.
0