ABŞ yığmasının baş məşqçisi Azərbaycana gəlir
02.02.2011 - 18:06
ABŞ yığmasının baş məşqçisi Azərbaycana gəlir
Qadın voleybolçulardan ibarət ABŞ yığmasının baş məşqçisi Xyu Makkatçen Azərbaycana səfər edəcək. Apasport.az saytının məlumatına görə, səfərdə əsas məqsəd Super Liqada çıxış edən həmyerlilərinin oyununu izləməkdir.

Heyəti gücləndirməyi planlaşdıran Makkatçen Azərbaycan klublarında çıxış edən amerikalıların son vəziyyəti ilə yerindəcə tanış olmaq istəyir. Ötən həftə Kazan şəhərində Rusiya kubokunun finalına - “Dinamo” (Kazan) – “Dinamo” (Krasnadar) görüşünə baxan mütəxəssisin Bakıda Avrokubok və Super Liqanın oyunlarını izləməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan çempionatında mübarizə aparan 6 klubun hamısında amerikalı legionerlər mübarizə aparırlar. Son dünya çempionatın final mərhələsində “Lokomotiv”dən Nansi Metkalf, Nikole Davis və “Azərreyl”dən Cennifer Tamas ABŞ yığmasının heyətində yer almışdı. “Rabitə”in üzvü Kimberli Qlassdan isə təlim-məşq toplanışına dəvət edilsə də, yekunda heyətdə möhkəmlənə bilməmişdi.
0