Dejan Brdjoviç: Çexiyaya qələbə üçün gəlmişik
03.02.2011 - 15:51
Dejan Brdjoviç: Çexiyaya qələbə üçün gəlmişik
“Çətin oyun olacaq. Amma buna baxmayaraq, biz bu çətin dueldən qalib ayrılmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyb.

Serbiyalı mütəxəssis bu gün Çempionlar Liqasının I pley-off mərhələsi çərçivəsində Çexiyanın “Modranska” klubu ilə görüşə münasibət bildirib: “Artıq Çempionlar Liqasında zəif komanda yoxdur. İlk görüşdə bizi qələbə qane edəcək. Rəqibin oyununu analiz etmişik. Onlar Çexiya çempionlarıdır və bu mövsüm də I yerdə gedirlər. Bunun üçün gərgin oyundan uğurla ayrılmaq istəyirik. Səfərə yalnız qələbə qazanmaq üçün gəlmişik”.
0