Azərbaycan çempionu Çexiyada fərqləndi
04.02.2011 - 09:54
Azərbaycan çempionu Çexiyada fərqləndi
Çempionlar Liqasının I pley-off mərhələsində “Modranska” (Çexiya) – “Rabitə” (Azərbaycan) görüşünün ən çox xal toplayan voleybolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, səfərdə keçirilən görüşün bombardiri adı paytaxt klubunun hücumçusu Sanya Staroviçə qismət olub. Serbiyalı legioner 139 dəqiqə davam edən oyunda “Rabitə”nin aktivinə 29 xal yazdırıb.

Bakı klubunun digər voleybolçularından – Kimberli Qlass 21, Natalya Məmmədova 11, Mira Qoluboviç 10, Nataşa Krsmanoviç 8, Boyana Doqanjiç 6, Mirela Deliç 4, Olqa Ativi 3 və İrina Jukova 1 xal qazanıblar. Rəqibin heyətində isə Tina Lipiçer 21 dəqiq zərbə ilə ən güclü olub.

Qeyd edək ki, “Modranska”ya 2:3 hesabı ilə uduzan “Rabitə” cavab oyununu fevralın 10-da keçirəcək.
0