Yığmamızın üzvləri İtaliyada rəqib oldular - FOTO
04.02.2011 - 10:54
Yığmamızın üzvləri İtaliyada rəqib oldular - FOTO
Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan yığmasının voleybolçularının dueli baş tutub. Apasport.az saytının məlumatına görə, İtaliyada keçirilən “Skavolini” və Rusiyanın “Dinamo” klublarının qarşılaşmasında milli komandamızın üzvləri – Oksana Parxomenko və Natəvan Qasımova bir-birlərinə rəqib olublar.

Bu dueldən isə Qasımovanın yeni transfer olunduğu Pesaro təmsilçisi qalib ayrılıb. Qrup mərhələsində Azərbaycan çempionu “Rabitə” ilə də oynamış “Skavolini” həlledici hissədə qələbə qazanıb – 3:2.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı fevralın 10-da Moskvada keçiriləcək.
0