Polşa, İsrail, Türkiyə və Rumıniya hakimləri Bakıya gəlir
04.02.2011 - 15:15
Polşa, İsrail, Türkiyə və Rumıniya hakimləri Bakıya gəlir
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mərhələdə mübarizə aparan Bakının “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” klublarının görüşündə ədaləti qoruyacaq referilər müəyyənləşib.

Avropa Voleybol Konfederasiyası fevralın 8-də “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq “İqtisadçı” – “Stiinta” (Rumıniya) matçına əsas fut sahibi kimi polşalı Marek Lagierskini təyin edib. Ona köməklik etmək isə rusiyalı Aleksandr Tubilova tapşırılıb.

Həmin gün Bakıda keçiriləcək “Azərreyl” – “Ximik” (Ukrayna) görüşünü isə Şlomo Brutman (İsrail) və İlhami Senyurt (Türkiyə) idarə edəcəklər.

Super Liqa təmsilçilərindən Kiprə səfər edəcək “Lokomotiv” meydana çernoqoriyalı Draqo Frank və rumıniyalı Vlad Lusianın nəzarəti altında çıxacaq. “Apallon”la Limassolda baş tutacaq görüş də fevralın 8-ə təsadüf edəcək.

Qeyd edək ki, Azərbaycan klublarının hər 3-ü ilk oyunda 3:0 hesabı ilə qələbə qazanıblar.
0