“İqtisadçı”dan növbəti bomba
07.02.2011 - 11:34
“İqtisadçı”dan növbəti bomba
Bakının “İqtisadçı” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup” və Super Liqada çempionluğu hədəfləyən paytaxt komandası Kuba yığmasının üzvü Yaima Ortis Çarro ilə mövsümün sonunacan müqavilə imzalayıb.

181 sm boyu olan Çarro 1981-ci ildə anadan olub. Kuba yığmasının heyətində Afina-2004-ün bürünc mükafatçısıdır. Bundan əlavə, Pekin Olimpiadasında və dünya çempionatının final mərhələsində iştirak edib. Ümumilikdə, milli komandada 71 matçda forma geyinən voleybolçu “İqtisadçı”ya Rusiyanın “Omiçka” klubundan transfer olunub.

Qeyd edək ki, Çarro “Çelenc Cup” turnirində Omsk təmsilçisinin heyətində Bakı “Lokomotiv”inə qarşı mübarizə apardığından avrokubokda universitet komandasına kömək edə bilməyəcək.
0