“Azərbaycanda əsas məqsədimiz təcrübə toplamaqdır”
07.02.2011 - 14:05
“Azərbaycanda əsas məqsədimiz təcrübə toplamaqdır”
“Bizi Bakıda gərgin mübarizə gözləyir. Düzdür, növbəti mərhələyə vəsiqə qazanmağımıza ümidimiz olmasa da, səfərdə ev oyunundan daha yaxşı təsir bağışlamağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Ximik” voleybol klubunun baş məşqçisi Yevgeni Nikolayev deyib.

Sabah “Sərhədçi” Olimpiya Mərkəzində “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinin cavab oyununda Bakının “Azərreyl” klubu ilə qarşılaşacaq Odessa təmsilçisinin çalışdırıcısı bildirib ki, görüşə təcrübə toplamaq üçün çıxacaqlar: “Mən Yujnıda keçirilən mətbuat konfransında da bildirmişdim ki, rəqibimizin heyəti peşəkar voleybolçulardan təşkil edilib və onlar kuboku qazanmaq gücündədirlər. Bunun üçün Azərbaycanda əsas məqsədimiz təcrübə toplamaqdır. Onlardan fərqli, bizdə legioner yoxdur və yetirmələrimin əksəriyyəti gəncdirlər. İnanıram ki, “Azərreyl”lə qarşılaşma bu voleybolçulara təcrübə qazanmaq baxımından böyük kömək olacaq”.

Qeyd edək ki, ilk matçda “Azərreyl” “Ximik”i səfərdə 3:0 hesabı ilə məğlub edib.
0