“Azərbaycandakı görüş çox dramatik olacaq” - FOTO
09.02.2011 - 12:38
“Azərbaycandakı görüş çox dramatik olacaq” - FOTO
“Bakıya ilk oyundakı uğurumuzu davam etdirmək üçün yollanırıq. İstəyirik ki, mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Modranska” klubunun voleybolçusu Qabriela Tomaşekova deyib.

Çempionlar Liqasının I pley-off mərhələsində Bakının “Rabitə” klubunun rəqibi – “Modranska”nın slovakiyalı legioneri fevralın 10-da ölkəmizdə keçiriləcək cavab matçına münasibət bildirib: “Azərbaycandakı görüş Çexiyada olduğu kimi çox dramatik olacaq. Amma biz ilk matçdakı kimi, bu dəfə də meydanda qalib ayrılmaq arzusundayıq. Fikrimcə, belə də olacaq. Çünki rəqibimizdən fərqli, biz 2 şansa malikik. Oyunda uduzsaq belə, “Qızıl set”də buna imkan verməyəcəyik. Lakin biz qarşılaşmanın belə axarda getməsinə əngəl olacağıq”.

Qeyd edək ki, “Modranska”nın Çexiyada “Rabitə”ni məğlub etdiyi matçda Tomaşekova komandasının aktivinə 14 top yazdırmışdı.
0