Solanj Soareş: Biz Bakıya döyüşə gedirik
09.02.2011 - 16:48
Solanj Soareş: Biz Bakıya döyüşə gedirik
“Cavab oyunu barədə nə demək olar? Bu suala yalnız meydanda cavab verəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözlər Çexiyanın “Modranska” klubunun voleybolçusu Solanj Soareşə məxsusdur.

Çempionlar Liqasının I pley-off mərhələsinin cavab matçında Bakının “Rabitə” komandası ilə qarşılaşacaq çexlərin kapitanı bildirib ki, Azərbaycana iddialı yollanacaqlar: “Ola bilər ikinci qarşılaşma da 5 setdən ibarət olsun. Lakin sonda “Qızıl set”də də olsa qələbə qazanmalıyıq. Çünki qızlarımızın hamısı Bakıya sözün həqiqi mənasında döyüşməyə gedirlər. Biz meydanda ürəyimizi qoyacağıq ki, sevinən tərəf olaq. Düzdür, bu il çox vacib görüşlərimiz var. Ancaq bunlardan ən əsası ilə “Rabitə” ilə olacaq”.

Qeyd edək ki, Çexiyada keçirilən matçda “Modranska” “Rabitə”yə 3:2 hesabı ilə qalib gəlmişdi.
0