“Bank BPS Fakro” “Rabitə”ni gözləyir
10.02.2011 - 11:05
“Bank BPS Fakro” “Rabitə”ni gözləyir
Qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsində “Rabitə” (Azərbaycan) - “Modranska” (Çexiya) cütünün qalibi ilə qarşılaşacaq komandanın adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Villa Korteze” klubuna “Qızıl set”də qalib gələn Polşa “Bank BPS Fakro”su növbəti mərhələdə rəqibini gözləyir.

Polşalılarla oynayacaq komandanın adı isə bu gün Bakıda müəyyənləşəcək. İlk qarşılaşmada “Modranska”ya 2:3 hesabı ilə uduzan “Rabitə” “Bank BPS Fakro”ya rəqib olmaq üçün Çexiya çempionuna oyunda və “Qızıl set”də qalib gəlməlidir.

Qeyd edək ki, Polşa təmsilçisindən əlavə, Türkiyənin “Əczaçıbaşı” klubu da II pley-off mərhələsinə vəsiqə qazanıb.
0