“Səviyyəli rəqib belə səhvləri bağışlamır” - FOTO
11.02.2011 - 12:49
“Səviyyəli rəqib belə səhvləri bağışlamır” - FOTO
“Rabitə” oyunun favoriti olduğunu sübut etdi. Bizim səhvlərimizdən istifadə edib, komandamızı təzyiq altında saxladı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Modranska” klubunun baş məşqçisi Miroslav Çad deyib.

O, Çempionlar Liqasının I pley-off mərhələsinin cavab matçında məğlub olduqları “Rabitə”nin həqiqətən favorit olduğunu bildirib: “Qızıl set”də isə onların qarşısını almaq mümkünsüz idi. Oyunu yaxşı başladıqdan sonra hücumda çətinliklərlə üzləşdik. Bunu izah etmək də çətindir. Belə vəziyyətdə rəqibin səhvlərini gözləməyə qərar verdik. Lakin müdafiədən oynamaq özünü doğrultmadı. Təəssüf ki, çox sayda yersiz səhvlər etdik. Səviyyəli rəqib belə səhvləri bağışlamır. Düzdür, biz uduzduq. Lakin voleybolçularımız qələbə üçün mübarizə apardılar. Bəzi həlledici məqamlarda isə bəxt də bizdən üz döndərdi”.

Qeyd edək ki, “Rabitə” çexiyalıları 3:0 məğlub edərək, “Qızıl set”də də rəqibinə şans verməyib – 15:11.
0