Draqutin Baltiç Bolqarıstanda 200 min avronun qurbanı olub
07.09.2011 - 23:05
Draqutin Baltiç Bolqarıstanda 200 min avronun qurbanı olub
“Lokomotiv” klubunun baş məşqçisi Draqutin Baltiçin qovulduğu Bolqarıstan yığmasında üzləşdiyi seks qalmaqalında daha bir versiya üzə çıxıb. Apasport.az-ın bu ölkənin “Kanal3” telviziyasına istinadən məlumatına görə, belə böhtanın arxasında Bolqarıstan Voleybol Federasiyası durur.

Bütün olanları sirk adlandıran həmkarlarımız məsələnin 200 min avro ilə bağlı olduğunu iddia edir. Belə ki, 4 illik müqaviləsi olan Baltiçi istefaya göndərməyə qərar verən federasiya bunun üçün baş məşqçiyə təzminat ödəməlidir. Bu təzminatın yüksək məbləğ – 200 min avro təşkil etməsi isə qurum rəhbərliyini belə bir addım atmağa vadar edib. Çünki yığmadan qovulmasına seks qalmaqalı “donu” geydiriləcəyi halda sloveniyalı mütəxəssisə heç bir kompensasiya verilməyəcək və federasiya isə vəsaitinə qənaət edəcək.

Qeyd edək ki, Baltiçin Bolqarıstan millisinin 2 üzvünə seks təklif etməsi iddiası ortaya atılıb və onun komandadan qovulmasının səbəblərindən biri kimi göstərilir.
0