Santuş millinin yeni kapitanını açıqladı
13.10.2024 - 20:34
Santuş millinin yeni kapitanını açıqladı

Azərbaycan millisinin yeni kapitanının adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Fernandu Santuş açıqlayıb.

Mütəxəssis sabahkı matçda millini kapitan kimi Bədavi Hüseynovun meydana çıxaracağını söyləyib: "Kapitanlıq elədir ki, hər dəfə dəyişmək istəməzdik. Liderlik keyfiyyətlərini nəzərə alsaq, sabahkı matçda Bədavi Hüseynovu kapitan kimi düşünürük. Kapitan həm komandanın daxilində, həm də meydançada özünü bariz şəkildə göstərməlidir. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür. Fərdi olaraq Emini çox bəyənirəm. Həmçinin də futbolçu kimi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmirsə, digər kapitanı seçməliyik. İlk oyunda penalti ilə bağlı göstəriş vermişdim. Buna riayət olunmadı. Bu qədər".

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı sabah saat 20:00-da start götürəcək.

0