"Hayduk" - "Zirə" oyununun hakim təyinatları açıqlanıb
09.07.2025 - 14:49
"Hayduk" - "Zirə" oyununun hakim təyinatları açıqlanıb

"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə “Hayduk”a (Xorvatiya) qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.

Apasport.az xəbər verir ki, Splitdə baş tutacaq “Hayduk” - “Zirə” oyununu italiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Luka Payrettoya yan xətt hakimləri Cüzeppe Perrotti və Xaled Bahri köməklik edəcək.

Dördüncü hakim isə Paride Tremolada olacaq.

Qeyd edək ki, “Hayduk” - “Zirə” oyunu iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında ilk görüş iyulun 23-də Bakıda baş tutacaq.