Baltiçlə problemi olan voleybolçu: O, şəxsən mənə heç vaxt seks təklif etməyib
08.09.2011 - 10:51
Baltiçlə problemi olan voleybolçu: O, şəxsən mənə heç vaxt seks təklif etməyib
Bakının “Lokomotiv” klubunun baş məşqçisi Draqutin Baltiçin Bolqarıstan milli komandasından seks qalmaqalında günahlandırılaraq qovulması bu ölkənin voleybolçularını da məsələyə biganə qoymayıb. Apasport.az saytının məlumatına görə, məhz sloveniyalı mütəxəssisin yığmadan qovduğu Yeva Yanayeva belə bir hadisənin baş verməsinə inanmır.

O Bolqarıstanda verdiyi açıqlamasında bildirib ki, bu versiya ağlabatan deyil: “Fikrimcə, belə yanaşma düzgün deyil. Draqutin Baltiç şəxsən mənə heç vaxt seks təklif etməyib. Məncə onun problemi çox içki içməyindədir. Onun alkoqola aludəliyindən çox eşitmişəm. O sərxoş olduğundan məsuliyyət hissini bəzən itirir”.

Qeyd edək ki, Draqutin Baltiç Yana Yenava ilə birgə “Lokomotiv”in voeybolçuları – Diana Nenova və Mariya Filipovanı da Bolqarıstan millisindən kənarlaşdırmışdı.
0