“O yetirmələrinə həmişə bir idmançı gözü ilə baxıb”
09.09.2011 - 08:40
“O yetirmələrinə həmişə bir idmançı gözü ilə baxıb”
“O çox yaxşı məşqçidir, yaxşı insandır. Dragutin Baltici mən çox tərbiyəli, ləyaqətli və mərifətli bir insan kimi tanımışam, onunla ciyin-ciyin calışmışam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan çempionu “Rabitə”nin idman direktoru Nəsimi Musayev deyib.

Klub rəsmisi sloveniyalı məşqçi Draqutin Baltiçin Bolqarıstan milli komandasından qovulmasına münasibət bildirib. Musayevin sözlərinə görə, 2009/2010 mövsümündə “Rabitə”ni çalışdıran və bu komandaya Azərbaycan çempionluğunu, habelə CEV kubokunun bürünc medalını qazandıran təcrübəli mütəxəssis barədə ortaya atılan seks qalmaqalı yalnız yalanlara söykənir: “Baltic komandanın voleybolçularına həmişə sadəcə bir idmançı gözü ilə baxıb. Onun haqqında son günlər Bolqarıstan mətbuatında yazılanlar inandırıcı deyil və 100% böhtan və yalandır. Menim gözümdə o bundan sonra da tərbiyəli və ləyaqətli insan kimi qalacaq”.

Qeyd edək ki, Bolqarıstan mətbuatı Bakı “Lokomotiv”ini də çalışdıran Draqutin Baltiçin bu ölkənin yığmasından kənarlaşdırılmasının əsas səbəbi kimi seks qalmaqalını göstərsə də, sonradan Voleybol Federasiyası bunun yalan olduğunu bildirib.
0