“Azərreyl” klubunun yeni baş məşqçisi qalmaqal yaradıb
05.04.2012 - 11:19
“Azərreyl”in yeni baş məşqçisi Alessandro Çiappininin Polşanın “Atom” klubundan ayrılmasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Sopot təmsilçisini çempion etdikdən sonra 2 il çalışdığı komandadan qalmaqalla ayrılıb.
Polşalı həmkarlarımızın yazdıqlarına əsasən, Çiappininin komandada voleybolçularla münasibəti normal olmayıb. Dünya şöhrətli mütəxəssis xüsusən də 4 oyunçu ilə yola getməyib.
Onlar bildirirlər ki, “Atom”un dağılmasında – türkiyəli Neriman Özsoy, ispaniyalı Amaranta Fernandes və polşalı Dorota Şyenyevizin Sopot təmsilçisindən ayrılmasında məhz baş məşqçinin “əməyi” böyük olub. Digər voleybolçu komandada qaldığından isə onun adı açıqlanmayıb. Çiappinini isə “Atom”da Yeji Matlakın əvəzləyəcəyi bildirilir.
Qeyd edək ki, Özsoyu Türkiyə yığmasını çalışdırarkən kəşf edən italiyalı mütəxəssis məhz özü Polşaya aparmışdı.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0