Bakı klubu istəmədi, “Ştutqart” müqavilə imzaladı - FOTO
30.06.2012 - 16:53
“İqtisadçı” daha bir voleybolçusu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, universitet komandası bu dəfə Bolqarıstan millisinin oyunçusu Lora Kitipova ilə yollarını davam etdirməkdən imtina edib.
Ötən ilin dekabrında Sofiya MOİK-indən transfer olunan 21 yaşlı legioner artıq özünə yeni komanda da tapıb. Azərbaycanda heç bir titul qazana bilməyən Lora karyerasını Almaniyanın “Ştutqart” klubunda davam etdirəcək. O, yeni komandası ilə 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, hələlik heç bir oyunçu ilə rəsmi müqavilə imzalamayan “İqtisadçı” Kitipovadan öncə Kristina Fernanda Ferreyra (Braziliya), Stefanya Sansonna (İtaliya) və Marina Katiçlə (Xorvatiya) də vidalaşıb.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0