Almaniya yığmasının ulduzu Azərbaycanı seçdi
04.07.2012 - 10:05
“Lokomotiv” növbəti bombasını partladıb. Apasport.az saytının məlumatına görə, transfer bazarının fəallarından olan “dəmiryolçular” bu dəfə Almaniya millisinin voleybolçusu Korina Suşkeni rənglərinə bağlayıblar.
29 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. 189 sm boya malik Suşke Polşa “Atom”undan transfer olunub. O, daha öncə “Çemnitz”, “Pirna” (hər ikisi Almaniya), “Çesena” (İtaliya) və “Modranska” (Çexiya) klublarının şərəfini qoruyub.
Suşke Almaniya və Polşa çempionu olmaqla yanaşı, 2 dəfə Çexiya çempionatının gümüş medalını qazanıb. Yığmasının heyətində isə dünya Qran-Prisinin üçüncüsü və Avropa çempionatının finalçısıdır.
Korina “Modranska” və “Atom”un heyətində Çempionlar Liqasının son 2 mövsümdə “Rabitə”yə qarşı oynayıb və məğlub olub.
Qeyd edək ki, Suşkedən öncə “Lokomotiv” Maqdelina Saad (Polşa), Ju Kosta (Braziliya), Lesia Braunun (Yamayka) və Mixaela Monzoni (Çexiya) ilə gücləniblər. “Dəmiryolçular” ötən ilki heyətdən isə Vera Klimoviçlə Olqa Palçevskaya (hər ikisi Belarus), Aleksandra Samoylova (Rusiya), Mariya Filipova və Diana Nenova (hər ikisi Bolqarıstan) ilə müqavilənin müddətini artırıblar.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0