Yığmamızın 2-ci məğlubiyyəti
13.07.2012 - 08:53
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında qrup mərhələsinin son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, C divizionunda mübarizə aparan komandamız II turdakı qələbənin ardını gətirə bilməyib.
Onlar qrupun lideri Maltaya 70:80 hesabı ilə uduzublar. Turun digər matçında Şotlandiya Moldovanı meydana çıxmağa peşman edib – 81:19.
Beləliklə, aktivində 1 qələbə və 2 məğlubiyyət olan Azərbaycan millisi qrup mərhələsini 4 xalla 3-cü pillədə başa vurub. Nəticədə komandamız 5-8-ci yerlər uğrunda oynayacaq. Bu mərhələdə isə basketbolçularımızın ilk rəqibi Cəbəllütariq olacaq. Matç sabah baş tutacaq.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0