Serblər Azərbaycandan yalnız “Rabitə”yə güvəndi
18.07.2012 - 16:12
Serbiya Voleybol Federasiyası (SVF) London Olimpiadasında iştirak edəcək heyəti rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, sabiq Yuqoslaviya təmsilçisi qadın voleybolçular arasında mübarizə aparacaq milliyə 3 “azərbaycanlı”nın da adını daxil edib.
Belə ki, SVF-in müəyyənləşdirdiyi “12-lik”də “Rabitə” ilə Super Liqanın qalibi olan Sanya Staroviç, Nataşa Krsmanoviç və dünya çempionlarının yeni transferi Suzana Sebiç yer alıb.
Qeyd edək ki, Londona aparılacaq komandada bir sıra təcrübəlilərdən imtina olunub. Onlar arasında “Rabitə”nin sabiq liberosu Silviya Popoviç də var.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0