Azərbaycanlı hücumçu İndoneziya klubunda
24.12.2021 - 12:27
Azərbaycanlı hücumçu İndoneziya klubunda

Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu karyerasını yenidən İndoneziyada davam etdirəcək.

O, “Cakarta Elektrik”lə müqavilə imzalayıb. Odina 2021/22 mövsümünün sonunadək bu klubda çıxış edəcək. 

Voleybolçumuz karyerasında ikinci dəfə İndoneziyada oynayacaq. O, 2020-ci ili “Cakarta Pertamina Energi”də keçirib.

Qeyd edək ki, yayda Braziliyanın “Sesi” klubuna keçən Əliyeva mövsümün ilk yarısında Cənubi Amerika təmsilçisinə məxsus olub.
 

0