Yelizaveta Səmədova meydana döndü – Türkiyə klubu ilə anlaşdı
27.12.2021 - 14:50
Yelizaveta Səmədova meydana döndü – Türkiyə klubu ilə anlaşdı

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova (Krneta) karyerasını bərpa edib.

Apasport.az saytının məlumatına görə, analıq məzuniyyətindən qayıdan hücumçu Türkiyə çempionatında çıxış edəcək.

O, “Bolu Bələdiyyəsispor”la anlaşıb. Voleybolçumuz Superliqa təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

Səmədova Bolu təmsilçisinin heyətində yığmamızın ikinci üzvü olacaq. Onadək Olena Xarçenko da bu klubla müqavilə imzalayıb.

Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan bolulular 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.

0