“Gəncə”də yeni müqavilə
13.05.2024 - 22:09
“Gəncə”də yeni müqavilə

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu bir oyunçu ilə müqaviləni yeniləyib.

Apasport.az xəbər verir ki, Vitalina Andreyanenkova daha bir il komandada çıxış edəcək.

Rusiyalı libero ötən il komandanın heyətinə cəlb olunub. O, Rusiyanın “Tulitsa” komandasından transfer edilmişdi.

Qeyd edək ki, mövsümü 4-cü pillədə bitirən “Gəncə” pley-offda “Azərreyl”ə uduzub.

0