Millilərimiz Qızıl Avropa Liqasında növbəti matça çıxacaqlar
31.05.2024 - 10:34
Millilərimiz Qızıl Avropa Liqasında növbəti matça çıxacaqlar

Azərbaycan qadın və kişi voleybolçulardan ibarət milliləri bu gün Qızıl Avropa Liqasında növbəti matça çıxacaqlar.

Apasport.az xəbər verir ki, qadınlardan ibarət yığma evdə Estoniyanı qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində keçiriləcək III turun görüşü saat 18:00-da start götürəcək.

Saat 19:00-da isə kişi voleybolçularımız Estoniya millisinin qonağı olacaq. 

0