Millilərimiz Türkiyədə keçiriləcək turnirdə iştirak edəcəklər
04.07.2024 - 17:32
Millilərimiz Türkiyədə keçiriləcək turnirdə iştirak edəcəklər

Azərbaycanın qadınlardan və kişilərdən ibarət çimərlik voleybolu üzrə milli komandaları Türkiyəyə yola düşüblər.

Apasport.az xəbər verir ki, hər iki kollektiv Balıkesir şəhərində təşkil olunacaq "Bioderma Pro Beach Tour" açıq çempionatında qüvvələrini sınayacaqlar.

Turnir 5-7 iyulda təşkil ediləcək.

0