Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlandı
15.05.2024 - 10:16
Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, baş məşqçi Fərid Cəlalov 14 oyunçudan ibarət siyahıya 7 hücumçu, 3 blokçu, 2 toppaylayıcı və 2 libero daxil edib.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov

Toppaylayıcılar: Roman Qurski, Əmirmehdi Ablou

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Cəlalov

Köməkçi məşqçilər: Akif Vəliyev, Vüsal Rüstəmov

Qeyd edək ki, komanda mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığma meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may - 2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.

0