Şahin Bağırov yığma komanda ilə görüşdü
01.05.2024 - 20:00
Şahin Bağırov yığma komanda ilə görüşdü

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qızıl Avropa Liqasına hazırlıqlara start verən qadınlardan ibarət yığma ilə görüşüb.

Apasport.az xəbər verir ki, qurum rəhbəri voleybolçularımızla söhbət edib, onların durumu ilə maraqlanıb.

Milli komandamızın baş məşqçisi Faiq Qarayev AVF rəhbərinə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.

Bağırov millinin qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını bildirib, komandaya uğurlar arzulayıb.

0