Qadın şahmatçılar arasında Azərbaycan çempionatında üçüncü turun görüşləri keçirilib.
Apasport.az saytının məlumatına görə, maksimum xala malik Gövhər Beydullayeva hesabat turunda Türkan Məmmədyarovaya qalib gəlib.
Ardıcıl üçüncü qələbəsi qazanan 19 yaşlı şahmatçı liderliyini möhkəmlədib.
Reytinq favorit Gülnar Məmmədova üçüncü turda Ülviyyə Fətəliyevaya uduzub. Ləman Hacıyeva - Ayan Abdullayeva, Xanım Balacayeva - Xəyalə Abdulla arasında görüşlər heç-heçə yekunlaşıb.
Üç turdan sonra maksimum xala malik Gövhər Beydullayeva lider mövqeyindədir. Liderdən yarım xal geri qalan Ülviyyə Fətəliyeva ikinci yerdədir. Xanım Balacayeva 2 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət yarışa mayın 23-də yekun vurulacaq. Çempionatın mükafat fondu 11 400 manat təşkil edir. Qalib 4000 manat qazanacaq.
- Boksçularımızdan son 6 ayda 37 medal
- Azərbaycan millisinin sabiq futbolçuları məşqçi kursuna qatılıblar
- PFL rəsmisi: "Superkubok aktual müzakirə mövzusu deyil"
- Stolüstü tennisçilərimiz Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”