Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth edib
                    
                    15.07.2024 - 15:18
                        
                    
                    Azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın doqquzuncu zirvəsini – Nanqa Parbatı (8125 metr) fəth edib.
Apasport.az xəbər verir ki, idmançı Nanqa Parbata əlavə oksigendən istifadə etmədən qalxıb.
Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth Aşurlının yeddinci səkkizminlik zirvəsidir.
Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.
                                
                                0
                                
                                0