Elçin Məsiyev KL matçına təyinat alıb
03.08.2024 - 13:48
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Yurqorden” (İsveç) - “İlves” (Finlandiya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 15-də Stokholm şəhərində yerləşən “Stokholm Arena”da keçiriləcək.
- Prezident İslamiadada yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılmasına 1,9 milyon manat ayırıb
- "Zirə"nin futbolçuları daun sindromlu uşaqlarla görüşdülər
- Taekvondo üzrə Azərbaycan yığması Avropa çempionatında ikinci oldu - FOTO
- “Qarabağ” Norveçdən qayıtdı
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsində
0
0