18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti görüşünü keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən yarışın qrup mərhələsinin son turunda Ermənistanla üz-üzə gəlib.
İlk iki görüşdən qalib ayrılan qızlarımız bu dəfə də ənənəyə sadiq qalıblar. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda rəqibini 68-42 hesabı ilə darmadağın edib. Qrup mərhələsini yüz faizlik nəticə ilə bitirən millimiz yarımfinalda A qrupunun ikincisi ilə görüşəcək.
Qeyd edək ki, yarımfinal matçları iyulun 27-də keçiriləcək.
- Premyer Liqa klubu türkiyəli futbolçunu icarəyə göndərib - RƏSMİ
- Ceremi Doku: “Mançester Siti” televiziyada çox yaxşı çıxış edirlər”
- Nazir: “Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq”
- "Səbail"dən növbəti transfer - RƏSMİ
- "Neftçi"nin legioneri: "Azərbaycanın ən yaxşı klubunda oynayıram"