
“Qəbələ”nin U-15 komandasının futbolçusu Emil Təhməzov 10 oyunluq cəzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya futbolçunun fevralın 2-də AFFA U-15 Liqasında “Asta”ya qarşı matçdan sonra hakimə fiziki təzyiq göstərməsi (əli ilə vurması) səbəb olub. Sözügedən liqada çıxış edən “Metak” komandasının baş məşqçisi Mehman Səfərov isə “Turan Tovuz”la görüşdə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzaya məruz qalıb.
AFFA U-13 qızlar Liqasında çıxış edən “Səbail” komandasının baş məşqçisi Etibar Həsənov da 5 oyunluq diskvalifikasiya olunub. Buna onun fevralın 1-də baş tutan “Şəfa” ilə görüşün 45-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılması səbəb olub.
- Taekvondo üzrə millimizin baş məşqçisi açıqlanıb
- Azərbaycan birinciliyində həlledici oyunların proqramı açıqlanıb
- Sahil Babayev: "Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçu qatılacaq"
- Fransa klubu Qattuzonu sabiq PSJ-li ilə əvəzləmək niyyətindədir
- Adil Hüseynov: “Ümidvaram ki, “Qarabağ” “Bayer”in məğlubiyyətsizlik seriyasına son qoyacaq”