“Sabah”ın ÇL-də növbəti sınağı - Dortmund nəhəngi ilə üz-üzə - YENİLƏNİR
20.10.2026 - 19:53
“Sabah”ın ÇL-də növbəti sınağı - Dortmund nəhəngi ilə üz-üzə  - YENİLƏNİR

“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda III turda Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Matçı ispaniyalı baş hakim Xose Arbelora Roxas idarə edəcək.

“Sabah” iki turdan sonra 3 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. Dortmund təmsilçisi isə eyni xalla 18-ci sıradadır.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur

20:45. “Sabah” – “Borussiya Dortmund"

"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

"Borussiya": Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.

Baş hakim: Xose Arbelora Roxas (İspaniya)  

Bakı Olimpiya Stadionu