“Sumqayıt” – “Fehervar” görüşünün hakimi bəlli oldu
19.07.2024 - 17:17
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sumqayıt” – “Fehervar” (Macarıstan) görüşünü albaniyalı hakimlər briqadası idarə edəcək.
Apasport.az xəbər verir ki, baş hakim Florian Lataya yan xətt hakimləri Xulio Mani və Reydi Zaimi kömək edəcək.
Kreşnik Çyapi isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” matçı iyulun 25-i, saat 20:00-da start götürəcək.
- "Fənərbaxça" - "Olimpiakos" matçı Avropa mətbuatında
- Osimhenin qorxulu röyası: köhnə “düşmənlər” yenidən üz-üzə
- Millimiz üzvü İsrailə yollanıb
- Rəşad Eyyubov: “Neftçi”nin yeni transferlərinin uyğunlaşma vaxtı çoxdan bitib” - Müsahibə
- Mehriban Əliyeva qızıl medal qazanan paralimpiyaçı Orxan Aslanovu təbrik edib
0
0