Arda Gülərdən “Fənərbaxça”ya növbəti qazanc
02.11.2026 - 12:58
Arda Gülərdən “Fənərbaxça”ya növbəti qazanc

“Real Madrid”in futbolçusu Arda Gülər sabiq klubu “Fənərbaxça”ya daha 2 milyon avro qazandırıb.

Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçinin Madrid təmsilçisində 125-ci oyununa çıxması İstanbul klubuna bonus ödənişi gətirib.

Beləliklə, “Fənərbaxça” Arda Gülərin transferindən ümumilikdə 30 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Arda Gülər gələcəkdə "Real Madrid"dən başqa kluba transfer olunarsa, "Fənərbaxça" həmin satışdan da 20 faiz pay əldə edəcək.