Bu gün Misli Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, hər iki qarşılaşma bölgələrdə baş tutacaq.
Günün ilk matçında “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək.
Naxçıvan təmsilçisi cari mövsümdə qələbə qazanmayan yeganə komandadır. Aktivində cəmi 2 xal olan kollektiv turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb.
Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” isə 9 oyundan sonra 15 xalla 5-ci yerdədir. “Qartallar” qalib gələcəyi təqdirdə xalını 18-ə çatdıraraq “Turan Tovuz”a çatacaq. Eyni zamanda, bir oyun az keçirmiş lider “Sabah”la xal fərqini 2-yə endirəcək.
Qeyd edək ki, turun ilk oyununda “Turan Tovuz” doğma meydanda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.
Misli Premyer Liqası
I dövrə, X tur
15:00. “Araz-Naxçıvan” – “Zirə” 2:1
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
Şamaxı şəhər stadionu