
"Yaxşı mübarizə apardıq. Xüsusi olaraq Elşad Şirzadova təşəkkür etmək istəyirəm".
Apasport.az xəbər verir ki, bunu “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı deyib.
Türkiyəli mütəxəssis azərbaycan kubokunda "Sərhədçi" üzərində qazanılan 94:89 hesablı qələbəni şərh edib:
"Kapitanınmız meydanda daha çox oynadı. Həmçinin, Cəbrayıl Əkbərov da çox yaxşı mübarizə apardı. Bu qələbəmizdə hər ikisinin payı böyükdür. Bütün oyunçularım ilə fəxr edirəm. Liqada "B" qrupunda yer alaraq "A" qrupundan bir komandanı məğlub edən tək kollektivik. Artıq yarımfinaldayıq. Bu qələbəni Gəncəyə ərməğan edirik. Azərbaycan Kubokunda şəhərimizi layiqincə təmsil etməkdə davam edəcəyik".