Millimiz 3 pillə irəliləyib
01.04.2025 - 21:27

Kişi basketbolçulardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması 75,9 xalla 110-cu pillədə qərarlaşıb.
Tahir Baxşıyevin yetirmələri ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib. Hesabat dövründə heç bir matç keçirməyən komandamız ötən cədvəldə də eyni irəliləyişə nail olmuşdu. Millimiz Avropa ölkələri arasında 44-cüdür.
Qeyd edək ki, cədvələ 840,1 xala malik ABŞ başcılıq edir.
0
0