18 yaşadək basketbolçulardan ibarət millimizin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş təlim-məşq toplanışının ilk mərhələsi yekunlaşıb.
Apasport.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi komanda hazırlıq çərçivəsində yerli komandalarla bir neçə yoldaşlıq oyununda gücünü sınayıb.
Azərbaycan U-18 Bədən Tərbiyəsi Universitetinə 67:73, Gürcüstan U-20 isə 51:89 hesabları ilə uduzub. Millimiz SEU BK komandasını məğlub edib - 70:58.
Qeyd edək ki, hazırlıq iyulun 25-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlıq məqsədi daşıyır.
- “Çelsi”də böhran davam edir: Baş məşqçi İSTEFAYA GÖNDƏRİLDİ
- Həmyerlimiz Estoniyada keçirilən Prezident Kubokunun ən yaxşı hakimi seçilib
- "Qarabağ" və "Neftçi"də oynayan futbolçu 6-cı liqa klubuna keçib
- Peşəkar Futbol Liqasının pley-off oyunları ilə bağlı məlumatı
- “Atalanta”nın futbolçusu La Liqa klubunun hədəfində