DÇ-26: İkinci tura start verilir - YENİLƏNİR
18.06.2026 - 10:29
2026-cı il dünya çempionatında A qrupunun II turuna start veriləcək.
Apasport.az xəbər verir ki, turun ilk oyununda Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşacaq.
Görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Hər iki komanda ilk turda məğlubiyyətlə üzləşib. Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, A qrupunun digər oyununda Meksika Cənubi Koreya ilə qarşılaşacaq.
Dünya çempionatı
A qrupu, II tur
18 iyul
20:00. Çexiya - CAR
0
0