DÇ-26: Qana Panamaya qarşı - YENİLƏNİR
17.06.2026 - 17:47
DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.
Apasport.az xəbər verir ki, L qrupunda Qana millisi Panama ilə üz-üzə gələcək.
Görüşə Bakı vaxtı ilə iyunun 18-də saat 03:00-da start veriləcək.
Qarşılaşma Kanadanın Toronto şəhərində keçiriləcək. Hər iki komanda mundialdakı ilk oyununda qələbə qazanaraq turnirə uğurlu başlamağa çalışacaq.
Bu matç L qrupunun ilk turu çərçivəsində baş tutacaq. Qrupun digər oyununda İngiltərə Xorvatiya ilə qarşılaşacaq.
DÇ-2026
L qrupu
18 iyun
03:00. Qana – Panama
0
0