“Lill” – “Qalatasaray” matçının hakimi bəlli oldu
19.10.2026 - 16:35
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qalatasaray”la Fransanın “Lill” komandası arasında keçiriləcək oyunun hakimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, oktyabrın 21-də baş tutacaq qarşılaşmanı sloveniyalı referi Rade Obrenoviç idarə edəcək.
Ona həmyerliləri Jure Praprotnik və Matej Zuniç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək. VAR hakimi Matey Yuq, onun köməkçisi isə niderlandlı Dennis Hiqler olacaq.
Qeyd edək ki, “Lill” – “Qalatasaray” matçı Fransadakı “Pyer Moro” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
- Makronun istəyi: “Platini federasiya prezidenti olsun”
- Fernandu Santuş: "Portuqaliya və Azərbaycan millilərini müqayisə edə bilməzsiniz"
- Adrian Pit: “Mutuya vaxt verin, “Neftçi”yə uğur gətirəcək” - MÜSAHİBƏ
- Voleybolçularımız beynəlxalq turnir üçün Türkiyəyə yollanıblar
- Yığmamız beynəlxalq turnirdə üçüncü oldu
0
0