Atıcımız dünya çempionu olub
06.10.2024 - 23:52
Perunun Lima şəhərində keçirilən gənclər arasında atıcılıq üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan atıcısı İmran Qarayev qızıl medal qazanıb.
Oğlanlar arasında 50 metr məsafəyə atəş üzrə keçirilən yarışda atıcımız final mərhələsində 552 xal toplayıb. İmran rumıniyalı və hindistanlı rəqiblərini geridə qoyaraq gənclər üzrə dünya çempionu olub.
Qeyd edək ki, sentyabr 26-da start götürən çempionata sabah yekun vurulacaq.
- “Yuventus”dan adı “Fənərbaxça” ilə hallanan futbolçu ilə bağlı açıqlama
- AFFA-nın inkişaf strategiyası ilə əlaqədar görüşlər keçirilib
- Qurban Qurbanov: "Ən azından çalışacağıq ki, azarkeşlərimiz oyundan razı qalsınlar"
- Rəşad Sadıqov: “Biz "Kəpəz"dən daha hazırlıqlı idik”
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO
0
0