2025-ci ildə Afrika Millətlər Kubokunun yayda keçirilməsi planlaşdırılır.
Apasport.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası (CAF) qarşıdakı turnirin yayda keçirilməsinə prinsipial razılıq verib.
Öncədən verilən açıqlamada növbəti turnirin 2025-ci ilin yanvar-fevral aylarında keçiriləcəyi açıqlanmışdı.
Son məlumatlarda isə, Mərakeşin evsahibliyi edəcəyi yarışın final mərhələsinin 2025-ci ilin iyul-avqust aylarında keçiriləcəyi iddia olunur.
Qeyd edək ki, bu gün CAF növbəti Afrika Millətlər Kubokunun ilkin mərhələsinin püşkatma mərasiminin 20 fevral 2024-cü il tarixinə planlaşdırıldığını elan etdi. Burada ən aşağı reytinqə malik 8 komanda iştirak edəcək. Bu mərhələnin ev və səfər oyunları martın 18-26-da keçiriləcək.
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- A Seriyası klubunda yeni təyinat - Rəsmi
- Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izləyiblər
- Azərbaycan Kubokunda antirekord
- “Turan Tovuz” – “Sabah” matçının biletləri satışdadır