Avropa Superkuboku Varşavada
26.09.2023 - 20:06
UEFA 2024-cü ildə Avropa Superkubokunun keçiriləcəyi arenanın adını açıqlayıb.
Apasport.az-ın məlumatına görə, oyun Varşava Milli stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası və Avropa Liqasının 2023/24 mövsümünün qalibləri Polşada üz-üzə gələcəklər. Oyun avqustun 14-də keçiriləcək. 58826 tamaşaçı tutumu olan Varşava Milli stadionu 2012-ci ilin yanvarında açılıb.
Qeyd edək ki, son Superkubok avqustun 16-da Pirey şəhərində baş tutmuşdu. “Mançester Siti” penalti seriyasında “Sevilya”ya qalib gəlmişdi (1:1, pen. 5:4)
- Zaur Həşimov: “İndidən deyə bilərik ki, "Qarabağ" "Linkoln" səddini keçəcək" - MÜSAHİBƏ
- III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək
- “Aris”in baş məşqçisi: “Neftçi” ilə oyunun əlavə motivasiyası var”
- Vadji “Qarabağ”la vidalaşdı: “Böyük macəra idi”
- Millimizin rəqibinin heyətində dəyişiklik
0
0