“Fənər”in daha 2 futbolçusu zədələndi
10.02.2025 - 23:37
Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Çağlar Söyüncü və yarımmüdafiəçi İsmail Yüksek sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu Super Liqanın XXIII turunda baş tutan "Alanyaspor"la səfər matçında (2:0) zədələnib.
Futbolçuların 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça"nın müdafiəçiləri Dieqo Karlos, Aleksandr Ciku, Rodriqo Bekao, Ceyden Ostervolde və Yusuf Akçiçek də zədəlidir (Bax).
- Destə Mançesterdən təklif
- Azərbaycan Qran Prisi 2025-in könüllü proqramının qeydiyyat mərhələsi rekordla yadda qalıb
- Azərbaycanlı UFC döyüşçüsü: “Vətənimdə məğlub olmağı ağlımdan keçirmirəm”
- Samir Abasov: "Sumqayıtlıların komandanı qınamağa haqqı yoxdur"
- Taekvondoçularımızdan dünya birinciliyində 4 medal və 2 rekord
0
0