!["Fənərbaxça" azarkeşlərinə bəd xəbər: Zədəli oyunçuların vəziyyəti](https://apasport.az/storage/news/2025/february/06/big/67a488b914c9967a488b914c9a173883615367a488b914c9767a488b914c98.jpg)
Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə Kubokunun II turunda "Fənərbaxça"nın 3 futbolçusu "Ərzurumspor"la matçda sıradan çıxıb.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in 3 müdafiəçisi - Dieqo Karlos, Yusuf Akçiçek və Aleksandr Ciku bir-birinin ardınca zədələnib. Klubun mətbuat xidməti futbolçuların son durumunu açıqlayıb.
Aleksandr Cikunun sol bud əzələsi zədələnib. Qanalı futbolçu 2 həftə forma geyinə bilməyəcək. "Fənərbaxça"nın yeni transferi Dieqo Karlos 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Yumşaq əzələsi zədələnən Yusuf Akçiçek isə 7-10 gün müddətində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Ərzurumspor" matçı 5:0 hesabı ilə başa çatıb.