“Qarabağ”da növbəti ayrılıq - ÖZƏL
25.01.2025 - 17:44

“Qarabağ” mövsümün sonunda bəzi futbolçularla yollarını ayıracaq.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi U-21 yığmamızın da şərəfini qorumuş Amin Ramazanovla müqavilə müddətini yeniləməyəcək.
Belə ki, Azərbaycan çempionu mövsümün sonunda Ramazanovla yollarını ayıracaq. Zədə səbəbindən uzun müddət məşqlərdə də iştirak edə bilməyən Ramazanov hazırda əsas komandanın düşərgəsindədir.
“Lokomotiv”(Moskva) klubunun yetirməsi olan Aminin yeni sezona Azərbaycan komandalarından birində başlayacağı gözlənilir.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
16
1